Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endiribBu gün, 08:14 |
|
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində "Hizbullah" radikal qruplaşmasının obyektlərinə zərbələr endirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Bundan əlavə, İsrailin xüsusi təyinatlı qüvvələri Nəbatiyə əyalətində yerləşən Kfar-Tibnit şəhərinin ətrafında reydlər keçirib. Eyni zamanda Əl-Xiyam şəhərinin ətrafındakı Cəllahiya və Həmmamə yaşayış məntəqələri intensiv pulemyot atəşinə tutulub. Yerli hakimiyyət orqanları dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib. Geri qayıt |