Vəzifəli şəxslər maraqlar toqquşması nəticəsində əldə etdikləri əmlakı könüllü dövlət nəfinə ödəyəcəklər
Vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Sənəddə bildirilib ki, vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
Facebook-da paylaş








