Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 98 xarici vətəndaşı ölkədən deportasiya ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Nəticədə Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar. Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib. Nazirliyin məlumatına görə, bu ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 500-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.
Facebook-da paylaş








