Azərbaycanda ali təhsil imkanları Qazaxıstanda təqdim olunub


Azərbaycanda ali təhsil imkanları Astana və Almatıda IEF 2026 Beynəlxalq təhsil sərgisində təqdim edilib.

Şəffaflıq.az xəbər verir ki, sərgidə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, "Study in Azerbaijan" layihəsinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirak ediblər.

Ziyarətçilərə xarici tələbələr üçün Azərbaycan ali məktəblərinin akademik proqramları, qəbul qaydaları və təqaüd imkanları barədə məlumat verilib. Ümumilikdə iki şəhərdəki sərgiləri 3 mindən çox insan ziyarət edib.

Səfər çərçivəsində həmçinin Astana və Almatı məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. Onlara Azərbaycanda təhsil imkanları, universitetlərə qəbul, ixtisas seçimi və xarici tələbələrə dəstək barədə məlumat təqdim edilib, həmçinin şagirdlərin sualları cavablandırılıb.

Yaxın günlərdə Azərbaycan nümayəndələri Bişkek və Daşkənddə təhsil sərgilərində iştirak etməyi və görüşlər keçirməyi planlaşdırırlar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}