Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb


Türkiyənin Isparta vilayətinin Keçiborlu rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun TIR-a çırpılması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Şəffaflıq.az bu barədə DHA-ya istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində mikroavtobusda olan 17 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}