Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakəti səbəbindən ölənlərin sayı 10-a çatıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Qeyd olunub ki, İstanbulda axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı Kocaelidə 3, İstanbulda isə 7-yə yüksəlib. Xatırladaq ki, son günlər Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Evlərə və infrastruktura külli miqdarda zərər dəyib.
Xəbəri paylaş
Facebook-da paylaş








