"Leonardo Art School" və "MiniBoss Business School" uşaqlar üçün birgə təhsil proqramına start verib


"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arası uşaqlar üçün "Kreativ sahibkar - yaradıcılıqdan biznesə" ortaq təhsil proqramına start veriblər.

Şəffaflıq.az bu barədə "MiniBoss Business School"a istinadən xəbər verir.

Kreativ sahibkar - uşaqların yaradıcılıq və sahibkarlıq sahəsində əsas bacarıqlarını bir araya gətirmək, komanda şəklində işləmə vərdişlərini gücləndirmək və öz fikirlərini gerçəkləşdirmək yolunda ilk addımlarını atmaq üçün unikal imkandır.

İştirakçılar hər biri 4–5 nəfərdən ibarət komandalar yaradacaq və 90 akademik saatı əhatə edən təlim kursu keçəcəklər.

İştirakçılar hazırladıqları layihələri Startap Forumunda nümayiş etdirə, "MiniBoss" Milli Çempionatında yarışaraq startapın gələcək inkişafı üçün qrant qazanmaq uğrunda rəqabət apara biləcəklər.

Proqram daxilində iştirakçılar iki əsas mərhələdən keçəcəklər.

Yaradıcılıq laboratoriyası - ideyaların kəşfi, məhsulların hazırlanması, loqotipin dizaynı və brend üslubunun yaradılması.

Biznes laboratoriyası - sahibkarlığın əsas prinsipləri, hədəf auditoriya analizi, qiymət siyasətinin formalaşdırılması, biznes modelləri, marketinq və satış strategiyalarının öyrənilməsi.

Gənc iştirakçılar yaradıcı fikirlərini real məhsullara çevirə, öz startaplarını Startap Forumunda nümayiş etdirə və layihələrinin sonrakı inkişafı üçün qrant uğrunda yarışa biləcəklər. Proqramın sonunda iştirakçılara fəaliyyətlərini təsdiq edən fərdi sertifikatlar təqdim olunacaq.

Proqramın başlıca hədəfi - uşaqlara yaradıcı ideyalarını real məhsullara çevirməyi, özlərinə məxsus brendlər formalaşdırmağı və biznes layihələr hazırlamağı öyrətməkdir.

Qeyd edək ki, "MiniBoss Business School" dünyanın 27 ölkəsində 70-dən artıq filialı birləşdirən beynəlxalq miqyaslı təhsil şəbəkəsidir. Məktəbin metodologiyası 6–17 yaş arası uşaqların sahibkarlıq potensialının aşkar edilməsinə, liderlik xüsusiyyətlərinin gücləndirilməsinə və biznes düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənib.

Hər il "MiniBoss" məktəbin şagirdləri öz layihələrini Startap Forumunda nümayiş etdirir, eyni zamanda milli və beynəlxalq çempionatlarda iştirak edərək qiymətli təcrübə və yeni biliklər əldə edirlər. Proqram çərçivəsində tələbələr yalnız biznes ideyalar hazırlamır, həmçinin onların reallaşdırılması üçün qrantlar qazanır, layihələrini real biznes təşəbbüslərinə çevirir və ilk gəlirlərini əldə edirlər. Bu metod uşaqlara sahibkarlığın praktiki əsaslarını, maliyyə məsuliyyətini mənimsəməyə və gələcək biznes fəaliyyətləri üçün möhkəm bünövrə qurmağa yardım edir.

"Leonardo Art School" - yalnız bədii istedadların deyil, həm də kreativ düşüncənin, təxəyyülün və yeni yaratmaq qabiliyyətinin inkişafına yönəlmiş müasir rəssamlıq məktəblərinin beynəlxalq şəbəkəsidir. Məktəbin orijinal metodikası və müəllif proqramı vasitəsilə uşaqlar və böyüklər rəsm çəkmək, yaratmaq və obrazlı düşüncəni inkişaf etdirmək bacarıqlarını qazanırlar.

Qeydiyyat və ətraflı məlumat üçün:

• Telefon: +994 10 226 56 65

• Ünvan: Ağ Şəhər, 2-ci Yaşıl Ada küçəsi, "Təməl Park"


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}