Milli Məclisdə Bakı Bələdiyyə və Dövlət Yuğ teatrlarının bina problemi qaldırılıb
Milli Məclisdə Bakı Bələdiyyə Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının binalarının olmaması haqqında məsələ qaldırılıb. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, problem həmin teatrların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir: "Hesab edirəm ki, bu problem həllini tapmalıdır. Həmçinin büdcə müzakirəsini nəzərə alaraq, mədəniyyət və incəsənət işçilərinin əməkhaqlarının artırılmasına da yenidən baxmaq vacibdir".
Facebook-da paylaş








