Asan görünən çətin yollar
Haqqında danışacağım adamla onun iş otağında
görüşdük. Əslində
onun təqdimata ehtiyacı yoxdur.Çünki gəncliyində məşhur bir idmançı kimi, məşqçilik
fəaliyyətində də kifayət qədər yetirdiyi məşhur idmançılar sayəsində, hazırda isə
işinin bilicisi, nəhayət müdrik bir insan kimi hamı onu yaxşı tanıyır. Amma həmişə
olduğu kimi təqdim etmək məntiqi köməyə çatır.Axı o, sözün əsl mənasında böyük
insandır. Tanışlarının dediyi kimi o, həyatda çox adamlara çörək verib, çoxlarını
ayağa qaldırıb.Ancaq
onun haqqında onu deyə bilərəm ki, özünün dediyi kimi “bütün ömrü güləş
xalçasında, məşq salonlarında, yarış meydançalarında keçib”. Nəhayət onun idman
sahəsinsə göstərdiyi nəticəyə gəldikdə isə bir faktı diqqətinizə çatdırmaq məncə
kifayət edər.Söhbət
1959-1970-ci illərdə sərbəst güləş üzrə SSRİ, Avropa və Dünya çempionatlarında
fantastik nəticələr göstərən, güləşi Qlinkanın, Şostakoviçin, Bethovenin əsərləri
ilə müqayisə edilən, 10 qat SSRİ, 5 qat dünya çempionu məşhur güləşçi
Dağıstanlı Əli Əliyevi onun doğma şəhəri Maxaçkalada məğlub etmiş həmyerlimiz Məmmədov
Yaqub Əkbər oğlundan gedir. Yaqub
müəllim 1966-1972-ci illərdə əvvəlcə gənclərdən ibarət, sonra isə böyüklərdən
ibarət sərbəst güləş üzrə SSRİ yığma komandasının üzvü olub. 1966-cı ildə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub, 1971-ci ildə təhsilini başa
vurub. 1974-cü ildən məşqçilik fəaliyyətinə başlayıb. Məqşçilik fəaliyyəti
uğurlu və məhsuldar keçib. Yetirmələri müxtəlif mötəbər yarışlarda 160-dan çox
qızıl, gümüş və bürünc medallar qazanmışlar.O,
1984-cü ildə Azərbaycan Respublikası “Ali Sovetinin Fəxri Fərmanı” ilə təltif
edilib.Bunu
xüsusi ilə qeyd etmək lazımdır ki,Yaqub müəllimin məşqçilik fəaliyyətində ən məhsuldar
il 2000-ci il olub. O, XXVII Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə
görə 18 oktyabr 2000-ci ldə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Şöhrət”
ordeni ilə mükafatlandırılmışdır və bundan həmişə böyük şərəf duyur. Yaqub
müəllim SSRİ çempionatının gümüş mükafatçısı, gənclər arasında SSRİ çempionu, SSRİ-nin
Beynəlxalq Dərəcəli İdman Ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Azərbaycan
Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan
Respublikasının Güləş Federasiyasının idman şöbəsinin müdiridir. Bu günün adi mənzərəsi Mən
onunla 10-15 dəqiqəlik ümumi söhbətdən sonra artıq hiss etdim ki, gəlişimin məqsədini açıqlamaq vaxtıdır. Yaqub
müəllim də bunu hiss edirmiş kimi diqqətini mənə cəmlədi. - Yaqub müəllim - dedim - mən “Güləşçinin
texniki hazırlığında əks fəndlər” mövzusunda bir yazı yazmaq istəyirəm. Təcrübəli
bir mütəxəssis kimi sizin fikriniz mənim üçün çox önəmlidir. Bu barədə nə deyə
bilərsiniz? Müsahibim gözlənilmədən söhbətin başqa məcraya
yönəldiyini görüb özünəməxsus ciddi şəkil aldı. Bu an mən belə fikirləşdim ki,
yox, mən belə fikirləşmədim, bunu belə etmək lazım idi, yaxşı olar ki, o
danışdıqca mən öz qeydlərimi edim. Belə də oldu. Yaqub müəllim çox rahatlıqla,
çox da fikirləşmədən mövzuya keçid aldı. - Bilirsiniz, yaxşi güləşçi, əgər belə demək mümkünsə,
uzun-uzadı, xüsusi ilə də yarış ərəfəsində, yalnız qələbə haqında düşünüb,
özünü üzməməlidir. Mənim müəllimim belə deyərdi. Və hər dəfə də bu mövzuda söhbətdə
dahi N.Gəncəvinin fəlsəfi fikrini nümunə göstərərdi. Yağdan qüvvət alıb yansa da
çıraq, Çox olsa çırağı söndürəcək yağ, Duzla ağarsa da xörəyin üzü, Gərək qədərində tökülsün duzu. Demək istəyirəm ki, idmançıda mübarizədə
həmişə üzücü qalib gəlmək narahatlığı onda məğlubiyyət qorxusuda yaşada da bilər.
Birdə məşqçim deyərdi ki, görüş zamanı ən kritik anda idmançıya ağıldan tez
instinkt kömək edir. Görüş zamanı 2-3 saniyəlik anda ağıla müraciət etməyə vaxt
çatmadıqda, yalnız insan hissiyatına və şüura hesablanan gözlənilməz sürətli
reaksiya baş verənlərə qarşı düzgün və lazımı cavab verir. Yəni onu demək istəyirəm
ki, qələbənin rəhni yalnız fiziki güc və texniki fəndlərin mükəmməl bilməklə
bitmir, həm də görüş zamanı müxtəlif vəziyyətlərdə rəqibin işlədəcəyi hər hansı
bir fəndi həmin anda hiss edib, onu vaxtında qarşılamaq bacarığı güləşçi üçün
vacib keyfiyyətlərdən sayılır. Bunun üçün məşqçi təbiəti dərk edib, onun bir
hissəsi olan insanı öyrənməli və yetirmələrini öyrətməlidir. Yazmaq istədiyiniz mövzuya gəldikdə isə “Güləşçinin
texniki hazırlığında əks fəndlər” mövzusunun gənc məşqçi - müəllimlərə metodiki
tövsiyələr şəklində verilməsi əlbətdə təqdirəlayiqdir. Onu da qeyd etmək istərdim
ki, neçə illərdi ki,təcrübənizdən yararlanaraq müxtəlif qəzetlərdə yazdığınız,
müxtəlif mövzularda maraqlı yazılarınız mən deyərdim ki, həmişə aktualdır.Bütün
bunlara məşqçilərinmizin və idmançılarımızın böyük ehtiyacı var. Bunun üçün çox
sağ olun. Lakin
biz istərdik ki, bu sahədə çalışan idman mütəxəssislərimiz, alimlərimiz güləşin
nəzəriyyəsi və metodikası barəsində yenilikləri qəzetlərdə tez-tez
işıqlandırsınlar. Məşqçilərimiz belə yazılardan çox bəhrələnə bilərlər. Axı
bizdə, bu sahədə məşqçilər üçün kitablar, proqramlar, metodiki vəsaitlər kifayət
dərəcədə deyil. Əks
fəndlərə gəldikdə isə, açığını deyim ki, ancaq əks fəndlər deyil, güləşçinin
texniki hazırlığında nə varsa, mən deyərdim ki, daim güləş mütəxəssisləri tərəfindən
ildə heç olmasa 1-2 dəfə geniş müzakirə edilməlidir. Bunu DGB-nın (Dünya Güləş
Birliyinin) güləş qaydalarında edildiyi mütəmadi dəyişikliklər və güləş idman
növünün dünyada durmadan sürətlə
inkişafı tələb edir. Əlbətdə, hər dəfə qaydalarda edilən belə dəyişikliklər
birinci növbədə güləşin texnika və taktikasına öz təsirini göstərir. Güləşin
texnikası, güləşçinin texniki hazırlığı isə, əlbətdə, özlüyündə həddindən artıq
mürəkkəb və çoxsahəlidir. Bura
baza hərəkətləri (yeriş, qaçış, rəqs hərəkətləri, yerdəyişmələr, kordinasiya hərəkətləri,
manevr etmələr, tutmalar, müvazinət hərəkətləri, müqavimət hərkərtləri,
duruşlar, dayaqlı tullanmalar və s.). baza texnikası (fəndlər, müdafiələr, əks
fəndlər), kombinasiyalı fəndlər (iki kombinasiyalı,
üç kombinasiyalı, dörd kombinasiyalı və s.) daxildir. Bildiyiniz kimi, idman məktəblərinin proqramında təməl hazırlığından başlayaraq fəndlər, müdafiələr kombinasiyalı fəndlər kimi, əks fəndlərə də saatlar verilmişdir. Bütün məşqlər də ona uyğun keçirilməlidir. Lakin, təəsüflər olsun ki, tədrisdə fəndlər, müdafiələr, kombinasiyalı fəndlərin öyrədilməsi ilə müqaisədə əks fəndlərin öyrədilməsi bir az kölgədə qalır. Bu əlbətdə düzgün deyil. Bilirsiz, güləş elə bir idman növüdür ki, tədrisdə başlıca və ikinci dərəcəli kimi heç nə olmamalıdır. Biz məşqçilərin bəzən ikinci dərəcəli kimi hesab edib üstündən vaz keçdiyimiz, əgər belə demək mümkünsə, hər hansı bir hərəkət və yaxud fənd sonra lazımı məqamda tələbələrimiz üçün böyük fəsadlar törədir. Bunun
indi bir əks fənd haqqında danışacağım hekayətdə özünüz canlı şahidi
olacaqsınız. Açığını
deyim ki, mövzu məndə qəribə hisslər oyatdı, məni “yuxu kimi” yetmişinci illərə,
əlli il bundan əvvəlki illərə qaytardı, uzun əlçatmaz maraqlı, serial bir yuxu
kimi... Burada Şəhriyarın üstad haqqında dediyi sözlərini xatırlamaq yerinə düşər: Kaş geri dolana zamanın çərxi, Sən yenə müəllim üstad olasan, Bizdə həmin
yaşda dəcəl uşaqlar. Onda biz
qoymazdıq sən qocalasan. 50 il geriyə fəlsəfi
bir baxış. Bir
an otağa tam sakitlik çökdü, az sonra Yaqub müəllim yenə öz söhbətini davam
etdirdi: -
50 il bundan əvvəl biz bir qrup gənc İbrahimpaşa müəllimin rəhbərliyi altında
Azərbaycanın Milli komandasında məşq edirdik. Məşqlərimiz “Dinamo” İdman Cəmiyyətinin
Güləş zalında keçirilirdi. Paşa müəllim (biz İbrahimpaşa müəllimə Paşa müəllim
deyə müraciət edirdik) çox dəyərli, müdrik bir insan idi. O, özünün, necə deyərlər,
sözünün yerini bilən, bir şəxsiyyət idi. Bəlkə də, bu da onun bir idmançı
xarakterindən irəli gəlirdi. O, çox təvəzükar, özü haqqında danışmağı sevməyən,
işinə bağlı bir insan idi. Danılmaz faktdır ki, onun həm idmançı, həm də məqşçi
kimi Azərbaycan güləş tarixində xüsusi yeri var. Paşa
müəllim dörd qat SSRİ çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və SSRİ-nin Əməkdar
Məşqçisidir. O,
idmançı karyerasını başa vurduqdan sonra ömrünün sonuna kimi Azərbaycan Milli komandasının
baş məşqçisi işləmişdir. Onun məşqçilik fəaliyyətidə çox məhsuldar olmuşdur.
Ona görə ki, Paşa müəllim işinin peşəkar ustası idi. O, güləşin praktiki tərəfini
mükəmməl bildiyi kimi nəzəriyyəsini və metodikasını da mükəmməl bilirdi. Paşa müəllim daim öz üzərində çalışırdı. Məşqçilik
dövründə çoxlu sayda SSRİ, Dünya çempionları və mükafatçıları, Olimpiya
mükafatçısı yetirmişdir.Xüsusilə qeyd etmək istərdim ki,1963-cü ildə ilk Azərbaycanlı
Dünya Çempionu Aydın İbrahimov Paşa müəllimin yetirməsidir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi o vaxt biz bir
qrup gənc Azərbaycan Milli komandasında məşq edirdik. İllər nə tez gəlib keçir,
Ilahi. O vaxtdan əlli il keçib. Yadıma xalq şairi B.Vahabzadənin zaman, vaxt, illər,
insanlar və talehlər haqqında yazdığı bir şeri düşdü: Sel kimi köprüyüb yel kimi əsən, İllər uçub gedir... yaman tələsir. İllərmi?
Əslində bizik tələsən... Elə bilirik ki, zaman tələsir... İllərə nə var ki, qocalırıq biz O, baxmır arzunun, qəlbin səsinə İllərə nə var ki... əməllərimiz Sığışmır özünün çərçivəsinə İllərə nə var ki... ötür yel
kimi, Doğulan doğulur, yox olan olur İllərə nə var ki... bu qoca dünya “Bir yandan boşalır, bir yandan
dolur” 1970-ci il. Soldan 3-cü İbrahimpaşa Dadaşov. Yadıma gəlir ki, müxtəlif illərdə Milli komandada
bizimlə M.İbrahimov, T.İbrahimov
qardaşları, R.Hacıyev, mərhum O.Hüseynov, A.Əmirbəyov, N.Quliyev, Ç.Quliyev, S.Məmmədov,
R.Tağıyev, F.Həsənov, T.Paşayev, N.Şıxıyev, Ş.Şıxıyev qardaşları, B.Mirzəliyev,
Q.Məmmədyarov və bir çoxları. O vaxt Paşa müəllimin əks fənd haqqında danışdığı söhbət indiki kimi
yadımdadır. O, deyərdi ki, güləşdiyi vaxtda xüsusilədə 1955-1960-cı illərdə SSRİ
çempionatında mənim çıxış etdiyim 67 kq çəki dərəcəsində həmişə bir çox
güclü pəhləvanlar, SSRİ, Avropa və Dünya
çempionları və mükafatçıları mübarizə aparırdı. Bunlardan V.Sinyavski,
Z.Salimulin (Ukraina), A.Bestayev (Moskva), S.Qabarayev (Gürcüstan), A.Koçoviç
(Belarusiya), L.Kolesnik (Leninqrad) və başqaları. Bu idmançıların hər birinin özünəməxsus güləş üslubu,
texnika və taktikası var idi. Onu da
deyim ki, əgər Ukrayna güləşçiləri V.Sinyavski, Z.Salimulin və bu kimi güləşçilər o dövürdə əsasən parter vəziyyətində güclü sayılırdılarsa
(yarış qaydalarında o vaxt məcburi parter var idi), onlardan fərqli olaraq
A.Bestayev, L.Kolesnik ayaq üstə güləşməyə daha üstünlük verirdilər. Əsasən də bu
güləşçilər yüksəklikdən atılan “vertioz” amplitudalı fəndləri daha çox sevirdilər.
Xüsusi ilə də o dövrdə sərbəst güləşdə dəbdə olan “sarma”, fəndinin mahir
ustası kimi A.Bestayev. Ümumiyyətlə Paşa müəllim hər dəfə məşhur güləşçilər
haqında söhbət edəndə çox vaxt A.Bestayevin özünəməxsus fərdi cəhətlərini bizə
nümunə göstərirdi. O, deyərdi ki, A.Bestayev yüksək dərəcədə texniki taktiki
hazırlığa malik fiziki cəhətdən çox güclü, çevik, kordinasiyalı, rəqibin
fikrini məqamında hiss etməyi bacaran, elastik bədənli, görüş ərzində əsasən
hücuma meyilli bir güləşçi idi. O, görüş zamanı rəqibini çaş-baş salmaq üçün hər
tərəfə müxtəlif manevrlər edir, rəqibinin tarazlığını pozub fənd işlətmək üçün
onu səhv buraxmağa vadar etməyi bacarırdı. Paşa müəllim söhbət edərdi ki, qarşıdan SSRİ
Xalqlarının I spartakiadası gəlirdi. Mən doqquz ay müddətində tanıdıqlarım
bütün rəqiblərimə, xüsusiyyətlə A.Bestayevə və onun “sarma” fəndinə qarşı ciddi
hazırlaşmalı idim.Nəhayət uzun axtarışdan sonra qərara gəldim ki, onun “tac” fəndinə
qarşı müdafiə olunmaq yox, ona qarşı əks fənd hazırlamaq lazımdır. Əlbətdə, bu
böyük risk idi. Azı ona görə ki, o boyca məndən hündür boylu və bədəncə məndən
az da olsa, üstün cəhətlərə malik güləşçi idi. Lakin başqa yol yox idi. Paşa müəllim deyərdi: “Biz o yarışa xüsusi planla hazıraşmağa başladıq. Məşqlərə
böyük həvəslə gəlirdik. Məşqlərimiz çox gərgin və maraqlı keçirdi. Spartakiadaya
hələ xeyli vaxt qalmasına baxayaraq ilk günlərdən başlayaraq, demək olar ki, mən
A.Bestayevin boyuna, bədən quruluşuna
uyğun güləşçilərlə məşq edir, əsas da “sarma” fəndinin əks fəndini müxtəlif
variantlarla bütün xırdalıqları ilə dönə-dönə təkmiləşdirirdim. Mənimlə məşq edənlər
həmişə məni bu fəndlə atmağa cəhd edirdilər. Əlbətdə, çox vaxt mən özüm də bilərəkdən
rəqiblərimə süni şərait yaradırdım ki, onlar qolumu tutub ayağını ayağıma
sarısın, mənsə o vaxt sərbəst ayağımla bir addım ona tərəf addımlayıb, rəqibimi
qucaqlayıb onu sinəmlə vuraraq tam arxaya əyilib üstümdən geri atırdım. Xüsusi
ilə də yarış xarakterli məşqlərdə buna daha çox fikir verirdim. Düzgün planlı,
məqsədyönlü və maraqlı məşqlər keçirildiyi üçün yarışın vaxtı yaxınlaşdıqca
ümidlərim daha da artırdı. Mənə əsas ümid verən o idi ki, mənimlə məşq edən
uşaqlara tam şərait yaratdığım halda, onlar məni bu fəndlə ata bilmirdilər və hər
dəfə həmin şərait yarandıqda mən onları qabaqlayaraq əks fəndlə atırdım. İkinci bir məsələ mənim əsas rəqibim A.Bestayev xəbərsiz
idi ki, mən onun “tac” fəndinə qarşı bu cür ciddi hazırlaşıram. Üçüncü bir
vacib məsələ mənimlə məşq edənlərin
hamısı mənim qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün hər cür şərait
yaradırdılar. Əlbətdə bütün bunlar mənə böyük stimul verirdi. Bunlardan ruhlanaraq
inanırdım ki, mənə inananların ümidlərini layiqincə doğruldacağam. Artıq iyul ayının ortaları idi, təlim-məşq
toplanışının qurtarmasına az bir müddət qalmışdı. Havaların çox isti keçməsi səbəbindən,yarışın
reqlamentinə uyğunlaşmaq üçün məşqlərimiz əsasən günün birinci yarısında eləcə
də günün ikinci yarısında isə saat 5-dən sonra keçirilirdi. Necə deyərlər, əsasən
də tamamlama məşqləri gedirdi. Bura məlum rəqiblərə qarşı görüşlərin taktiki cəhətdən
necə qurulması, xüsusi ilə “tac” fəndlərimizin müxtəlif variantlarda mükəmməl təkmilləşdirilməsi,
yarış qaydalarının müzakirəsi, bu günlərdə yarışa qədər dövrdə düzgün
qidalanma, çəkinin nizama salınması məsələləri v s. gündəmdə idi. Nəhayət hamımızın gözlədiyimiz gün gəlib çatdı. Komandamız Moskvaya yola düşdü. Paşa müəllim deyərdi
ki, SSRİ xalqlarının spartakiadasının proqramına daxil olan bütün idman növləri
kimi güləş növündə də xüsusi hazırlıq diqqəti cəlb edirdi. Bu idman növünün
keçirilməsi üçün hər cür şərait yaradılmışdı. 6 avqust 1956-cı il Moskva şəhəri SSRİ Xalqlarının I
spartakiadasının sərbəst güləş yarışları başladı. Güləşçiləri növbə ilə güləş xalçasına dəvət etməyə
başladılar. Biz, mən və mənim əsas rəqibim A.Bestayev, rəqiblərimizi
bir-bir məğlubiyyətə uğradaraq yarış protokolunda bir-birimizə yaxınlaşırdıq. Mən
bilirdim ki, bu məqamda hər bir idmançının psixoloji hazırlığı onun üçün böyük əhəmiyyət
kəsb edir. Nəhayət biz xalçaya dəvət edildik. A.Bestayevlə mənim ayrıca hesabım var idi. İnanmirdim
ki, mənim üçün belə bir fürsət birdə ələ düşməyəcək. Ona görədə, komanda
yoldaşlarıma deməsəm də, özlüyümdə qalib gələcəyimə inamım böyük idi. Ancaq onu
da deyim ki, A.Bestayevdə, A.Bestayev
idi. Görüş başladı. Mən görüşü ona qarşı hazırladığım
taktika ilə başladım. Qarşıdurma gərgin mübarizə şəraitində keçirdi. Bu özünü
qazanılan xalların hesabında da göstərirdi. Ümumiyyətlə görüş demək olar ki, bərabər
səviyyədə gedirdi. Görüşün bu cür gedişi məni qane edirdi. Buna baxmayaraq mən hər an hiss edirdim ki, rəqibim
öz fəndini işlətmək üçün əlverişli şərait axtarırdı. Açığını deyim ki, bunun
görüşün sonuna yaxın baş tutması mənə sərf
edirdi. Görüşün gedişi onu göstərirdiki, bu belə də olacaq. A.Bestayevin iki ardıcıl hücumlarından sonra mən onun
üçün süni şərait yaratdım ki, qolumu tutub ayağını ayağıma sarısın. Belə də
oldu. O, bir göz qırpımında öz işini gördü. Bu vaxt bir anda onu var gücümlə
möhkəm qucaqlayıb sərbəst ayağımla bir addım ona tərəf addımladım, sinəmlə
vuraraq tam arxaya əyilib başımın üstündən
tulladım. Bununla da görüşün taleyi həll olundu. Bu anda rəqibim nə baş verdiyini anlaya bilmirdi. O, şokda
idi. Mən nəhayət A.Bestayevə qalib gələrək SSRİ xalqlarının I spartakiadasının çempionu
oldum.” O
illərə dönə bilsəm... Sonda Yaqub müəllim əlavə etdi ki, Paşa müəlim
doqquz aylıq ağır zəhməti bahasına əks fənd hesabına əldə etdiyi bu böyük qələbəni
bizə hər dəfə elə həvəslə danışardı ki, sanki bir seminar məşğələ keçirdi. O,
A.Bestayevlə keçirdiyi görüşü hər dəfə bütün detalları ilə böyük həvəslə dönə-dönə
göstərir və izah edirdi. Məşqin sonunda isə həmişə olduğu kimi sual-cavab
başlayırdı. Bu hissə xüsusi ilə şən və maraqlı keçirdi. Çox gərgin məşqdən
sonra Paşa müəllimin yüngül özünəməxsus zarafatları bütün yorğunluğumuzu aradan
qaldırırdı. Bax belə bir insan idi o. Allah sənə rəhmət eləsin,
Paşa müəllim. Yar gəlsən əgər məzarım üstə, Xoşdur mənə gəz qubarım üstə. Cananıma sadiqəm həmişə, Ölsəmdə etibarım üstə. Solmaz nə qədər xəzanda gülsə Güllərlə dolu baharım üstə Qartal kimiyəm rəqib gələndə Vururam onu mən şikarım üstə Can qoymağa hazıram həmişə, Mir Mehdi gözəl diyarım üstə Dəyərli oxucular, mən də bu böyük təfəkkür, geniş təxəyyül,
möhkəm yaddaş sahibi Yaqub müəllimə sonsuz minnətdarlığımı bildirir və deyirəm:
“Onun böyük vətən sevgisində, ulu qürurunda, yaşadığı ömür səhifələri zamanla
durur. Ondan ötrü Yaqub Məmmədov həyatının kitabını vərəqləmək lazımdır”. Nə qədər ki, mən sağam, anam da sağdır mənim, Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim, Beşiyimin başında gah gülmüş, gah
ağlamış, Qundağımın bağını nəğmələrlə bağlamış. Mənim eşqim, ilhamım, hər nəyim var
onundu. Bu qəmlər, bu ələmlər, bu misralar onundu. Mən onun sahəsində boya-başa çatmışam, Anam məni yaradıb, mən aləm yaratmışam.
Şəhriyar. Proloq Asan görünən çətin
yollar Haqqında danışacağım adamla onun iş otağında
görüşdük. Əslində
onun təqdimata ehtiyacı yoxdur.Çünki gəncliyində məşhur bir idmançı kimi, məşqçilik
fəaliyyətində də kifayət qədər yetirdiyi məşhur idmançılar sayəsində, hazırda isə
işinin bilicisi, nəhayət müdrik bir insan kimi hamı onu yaxşı tanıyır. Amma həmişə
olduğu kimi təqdim etmək məntiqi köməyə çatır.Axı o, sözün əsl mənasında böyük
insandır. Tanışlarının dediyi kimi o, həyatda çox adamlara çörək verib, çoxlarını
ayağa qaldırıb. Ancaq
onun haqqında onu deyə bilərəm ki, özünün dediyi kimi “bütün ömrü güləş
xalçasında, məşq salonlarında, yarış meydançalarında keçib”. Nəhayət onun idman
sahəsinsə göstərdiyi nəticəyə gəldikdə isə bir faktı diqqətinizə çatdırmaq məncə
kifayət edər. Söhbət
1959-1970-ci illərdə sərbəst güləş üzrə SSRİ, Avropa və Dünya çempionatlarında
fantastik nəticələr göstərən, güləşi Qlinkanın, Şostakoviçin, Bethovenin əsərləri
ilə müqayisə edilən, 10 qat SSRİ, 5 qat dünya çempionu məşhur güləşçi
Dağıstanlı Əli Əliyevi onun doğma şəhəri Maxaçkalada məğlub etmiş həmyerlimiz Məmmədov
Yaqub Əkbər oğlundan gedir. Yaqub
müəllim 1966-1972-ci illərdə əvvəlcə gənclərdən ibarət, sonra isə böyüklərdən
ibarət sərbəst güləş üzrə SSRİ yığma komandasının üzvü olub. 1966-cı ildə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub, 1971-ci ildə təhsilini başa
vurub. 1974-cü ildən məşqçilik fəaliyyətinə başlayıb. Məqşçilik fəaliyyəti
uğurlu və məhsuldar keçib. Yetirmələri müxtəlif mötəbər yarışlarda 160-dan çox
qızıl, gümüş və bürünc medallar qazanmışlar. O,
1984-cü ildə Azərbaycan Respublikası “Ali Sovetinin Fəxri Fərmanı” ilə təltif
edilib. Bunu
xüsusi ilə qeyd etmək lazımdır ki,Yaqub müəllimin məşqçilik fəaliyyətində ən məhsuldar
il 2000-ci il olub. O, XXVII Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə
görə 18 oktyabr 2000-ci ldə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Şöhrət”
ordeni ilə mükafatlandırılmışdır və bundan həmişə böyük şərəf duyur. Yaqub
müəllim SSRİ çempionatının gümüş mükafatçısı, gənclər arasında SSRİ çempionu, SSRİ-nin
Beynəlxalq Dərəcəli İdman Ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Azərbaycan
Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan
Respublikasının Güləş Federasiyasının idman şöbəsinin müdiridir. Bu günün adi mənzərəsi Mən
onunla 10-15 dəqiqəlik ümumi söhbətdən sonra artıq hiss etdim ki, gəlişimin məqsədini
açıqlamaq vaxtıdır. Yaqub
müəllim də bunu hiss edirmiş kimi diqqətini mənə cəmlədi. - Yaqub müəllim - dedim - mən “Güləşçinin
texniki hazırlığında əks fəndlər” mövzusunda bir yazı yazmaq istəyirəm. Təcrübəli
bir mütəxəssis kimi sizin fikriniz mənim üçün çox önəmlidir. Bu barədə nə deyə
bilərsiniz? Müsahibim gözlənilmədən söhbətin başqa məcraya
yönəldiyini görüb özünəməxsus ciddi şəkil aldı. Bu an mən belə fikirləşdim ki,
yox, mən belə fikirləşmədim, bunu belə etmək lazım idi, yaxşı olar ki, o
danışdıqca mən öz qeydlərimi edim. Belə də oldu. Yaqub müəllim çox rahatlıqla,
çox da fikirləşmədən mövzuya keçid aldı. - Bilirsiniz, yaxşi güləşçi, əgər belə demək mümkünsə,
uzun-uzadı, xüsusi ilə də yarış ərəfəsində, yalnız qələbə haqında düşünüb,
özünü üzməməlidir. Mənim müəllimim belə deyərdi. Və hər dəfə də bu mövzuda söhbətdə
dahi N.Gəncəvinin fəlsəfi fikrini nümunə göstərərdi. Yağdan qüvvət alıb yansa da
çıraq, Çox olsa çırağı söndürəcək yağ, Duzla ağarsa da xörəyin üzü, Gərək qədərində tökülsün duzu. Demək istəyirəm ki, idmançıda mübarizədə
həmişə üzücü qalib gəlmək narahatlığı onda məğlubiyyət qorxusuda yaşada da bilər.
Birdə məşqçim deyərdi ki, görüş zamanı ən kritik anda idmançıya ağıldan tez
instinkt kömək edir. Görüş zamanı 2-3 saniyəlik anda ağıla müraciət etməyə vaxt
çatmadıqda, yalnız insan hissiyatına və şüura hesablanan gözlənilməz sürətli
reaksiya baş verənlərə qarşı düzgün və lazımı cavab verir. Yəni onu demək istəyirəm
ki, qələbənin rəhni yalnız fiziki güc və texniki fəndlərin mükəmməl bilməklə
bitmir, həm də görüş zamanı müxtəlif vəziyyətlərdə rəqibin işlədəcəyi hər hansı
bir fəndi həmin anda hiss edib, onu vaxtında qarşılamaq bacarığı güləşçi üçün
vacib keyfiyyətlərdən sayılır. Bunun üçün məşqçi təbiəti dərk edib, onun bir
hissəsi olan insanı öyrənməli və yetirmələrini öyrətməlidir. Yazmaq istədiyiniz mövzuya gəldikdə isə “Güləşçinin
texniki hazırlığında əks fəndlər” mövzusunun gənc məşqçi - müəllimlərə metodiki
tövsiyələr şəklində verilməsi əlbətdə təqdirəlayiqdir. Onu da qeyd etmək istərdim
ki, neçə illərdi ki,təcrübənizdən yararlanaraq müxtəlif qəzetlərdə yazdığınız,
müxtəlif mövzularda maraqlı yazılarınız mən deyərdim ki, həmişə aktualdır.Bütün
bunlara məşqçilərinmizin və idmançılarımızın böyük ehtiyacı var. Bunun üçün çox
sağ olun. Lakin
biz istərdik ki, bu sahədə çalışan idman mütəxəssislərimiz, alimlərimiz güləşin
nəzəriyyəsi və metodikası barəsində yenilikləri qəzetlərdə tez-tez
işıqlandırsınlar. Məşqçilərimiz belə yazılardan çox bəhrələnə bilərlər. Axı
bizdə, bu sahədə məşqçilər üçün kitablar, proqramlar, metodiki vəsaitlər kifayət
dərəcədə deyil. Əks
fəndlərə gəldikdə isə, açığını deyim ki, ancaq əks fəndlər deyil, güləşçinin
texniki hazırlığında nə varsa, mən deyərdim ki, daim güləş mütəxəssisləri tərəfindən
ildə heç olmasa 1-2 dəfə geniş müzakirə edilməlidir. Bunu DGB-nın (Dünya Güləş
Birliyinin) güləş qaydalarında edildiyi mütəmadi dəyişikliklər və güləş idman
növünün dünyada durmadan sürətlə
inkişafı tələb edir. Əlbətdə, hər dəfə qaydalarda edilən belə dəyişikliklər
birinci növbədə güləşin texnika və taktikasına öz təsirini göstərir. Güləşin
texnikası, güləşçinin texniki hazırlığı isə, əlbətdə, özlüyündə həddindən artıq
mürəkkəb və çoxsahəlidir. Bura
baza hərəkətləri (yeriş, qaçış, rəqs hərəkətləri, yerdəyişmələr, kordinasiya hərəkətləri,
manevr etmələr, tutmalar, müvazinət hərəkətləri, müqavimət hərkərtləri,
duruşlar, dayaqlı tullanmalar və s.). baza texnikası (fəndlər, müdafiələr, əks
fəndlər), kombinasiyalı fəndlər (iki kombinasiyalı,
üç kombinasiyalı, dörd kombinasiyalı və s.) daxildir. Bildiyiniz kimi, idman məktəblərinin proqramında təməl hazırlığından başlayaraq fəndlər, müdafiələr kombinasiyalı fəndlər kimi, əks fəndlərə də saatlar verilmişdir. Bütün məşqlər də ona uyğun keçirilməlidir. Lakin, təəsüflər olsun ki, tədrisdə fəndlər, müdafiələr, kombinasiyalı fəndlərin öyrədilməsi ilə müqaisədə əks fəndlərin öyrədilməsi bir az kölgədə qalır. Bu əlbətdə düzgün deyil. Bilirsiz, güləş elə bir idman növüdür ki, tədrisdə başlıca və ikinci dərəcəli kimi heç nə olmamalıdır. Biz məşqçilərin bəzən ikinci dərəcəli kimi hesab edib üstündən vaz keçdiyimiz, əgər belə demək mümkünsə, hər hansı bir hərəkət və yaxud fənd sonra lazımı məqamda tələbələrimiz üçün böyük fəsadlar törədir. Bunun
indi bir əks fənd haqqında danışacağım hekayətdə özünüz canlı şahidi
olacaqsınız. Açığını
deyim ki, mövzu məndə qəribə hisslər oyatdı, məni “yuxu kimi” yetmişinci illərə,
əlli il bundan əvvəlki illərə qaytardı, uzun əlçatmaz maraqlı, serial bir yuxu
kimi... Burada Şəhriyarın üstad haqqında dediyi sözlərini xatırlamaq yerinə düşər: Kaş geri dolana zamanın çərxi, Sən yenə müəllim üstad olasan, Bizdə həmin
yaşda dəcəl uşaqlar. Onda biz
qoymazdıq sən qocalasan. 50 il geriyə fəlsəfi
bir baxış. Bir
an otağa tam sakitlik çökdü, az sonra Yaqub müəllim yenə öz söhbətini davam
etdirdi: -
50 il bundan əvvəl biz bir qrup gənc İbrahimpaşa müəllimin rəhbərliyi altında
Azərbaycanın Milli komandasında məşq edirdik. Məşqlərimiz “Dinamo” İdman Cəmiyyətinin
Güləş zalında keçirilirdi. Paşa müəllim (biz İbrahimpaşa müəllimə Paşa müəllim
deyə müraciət edirdik) çox dəyərli, müdrik bir insan idi. O, özünün, necə deyərlər,
sözünün yerini bilən, bir şəxsiyyət idi. Bəlkə də, bu da onun bir idmançı
xarakterindən irəli gəlirdi. O, çox təvəzükar, özü haqqında danışmağı sevməyən,
işinə bağlı bir insan idi. Danılmaz faktdır ki, onun həm idmançı, həm də məqşçi
kimi Azərbaycan güləş tarixində xüsusi yeri var. Paşa
müəllim dörd qat SSRİ çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və SSRİ-nin Əməkdar
Məşqçisidir. O,
idmançı karyerasını başa vurduqdan sonra ömrünün sonuna kimi Azərbaycan Milli komandasının
baş məşqçisi işləmişdir. Onun məşqçilik fəaliyyətidə çox məhsuldar olmuşdur.
Ona görə ki, Paşa müəllim işinin peşəkar ustası idi. O, güləşin praktiki tərəfini
mükəmməl bildiyi kimi nəzəriyyəsini və metodikasını da mükəmməl bilirdi. Paşa müəllim daim öz üzərində çalışırdı. Məşqçilik
dövründə çoxlu sayda SSRİ, Dünya çempionları və mükafatçıları, Olimpiya
mükafatçısı yetirmişdir.Xüsusilə qeyd etmək istərdim ki,1963-cü ildə ilk Azərbaycanlı
Dünya Çempionu Aydın İbrahimov Paşa müəllimin yetirməsidir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi o vaxt biz bir
qrup gənc Azərbaycan Milli komandasında məşq edirdik. İllər nə tez gəlib keçir,
Ilahi. O vaxtdan əlli il keçib. Yadıma xalq şairi B.Vahabzadənin zaman, vaxt, illər,
insanlar və talehlər haqqında yazdığı bir şeri düşdü: Sel kimi köprüyüb yel kimi əsən, İllər uçub gedir... yaman tələsir. İllərmi?
Əslində bizik tələsən... Elə bilirik ki, zaman tələsir... İllərə nə var ki, qocalırıq biz O, baxmır arzunun, qəlbin səsinə İllərə nə var ki... əməllərimiz Sığışmır özünün çərçivəsinə İllərə nə var ki... ötür yel
kimi, Doğulan doğulur, yox olan olur İllərə nə var ki... bu qoca dünya “Bir yandan boşalır, bir yandan
dolur” 1970-ci il. Soldan 3-cü İbrahimpaşa Dadaşov. Yadıma gəlir ki, müxtəlif illərdə Milli komandada
bizimlə M.İbrahimov, T.İbrahimov
qardaşları, R.Hacıyev, mərhum O.Hüseynov, A.Əmirbəyov, N.Quliyev, Ç.Quliyev, S.Məmmədov,
R.Tağıyev, F.Həsənov, T.Paşayev, N.Şıxıyev, Ş.Şıxıyev qardaşları, B.Mirzəliyev,
Q.Məmmədyarov və bir çoxları. O vaxt Paşa müəllimin əks fənd haqqında danışdığı söhbət indiki kimi
yadımdadır. O, deyərdi ki, güləşdiyi vaxtda xüsusilədə 1955-1960-cı illərdə SSRİ
çempionatında mənim çıxış etdiyim 67 kq çəki dərəcəsində həmişə bir çox
güclü pəhləvanlar, SSRİ, Avropa və Dünya
çempionları və mükafatçıları mübarizə aparırdı. Bunlardan V.Sinyavski,
Z.Salimulin (Ukraina), A.Bestayev (Moskva), S.Qabarayev (Gürcüstan), A.Koçoviç
(Belarusiya), L.Kolesnik (Leninqrad) və başqaları. Bu idmançıların hər birinin özünəməxsus güləş üslubu,
texnika və taktikası var idi. Onu da
deyim ki, əgər Ukrayna güləşçiləri V.Sinyavski, Z.Salimulin və bu kimi güləşçilər o dövürdə əsasən parter vəziyyətində güclü sayılırdılarsa
(yarış qaydalarında o vaxt məcburi parter var idi), onlardan fərqli olaraq
A.Bestayev, L.Kolesnik ayaq üstə güləşməyə daha üstünlük verirdilər. Əsasən də bu
güləşçilər yüksəklikdən atılan “vertioz” amplitudalı fəndləri daha çox sevirdilər.
Xüsusi ilə də o dövrdə sərbəst güləşdə dəbdə olan “sarma”, fəndinin mahir
ustası kimi A.Bestayev. Ümumiyyətlə Paşa müəllim hər dəfə məşhur güləşçilər
haqında söhbət edəndə çox vaxt A.Bestayevin özünəməxsus fərdi cəhətlərini bizə
nümunə göstərirdi. O, deyərdi ki, A.Bestayev yüksək dərəcədə texniki taktiki
hazırlığa malik fiziki cəhətdən çox güclü, çevik, kordinasiyalı, rəqibin
fikrini məqamında hiss etməyi bacaran, elastik bədənli, görüş ərzində əsasən
hücuma meyilli bir güləşçi idi. O, görüş zamanı rəqibini çaş-baş salmaq üçün hər
tərəfə müxtəlif manevrlər edir, rəqibinin tarazlığını pozub fənd işlətmək üçün
onu səhv buraxmağa vadar etməyi bacarırdı. Paşa müəllim söhbət edərdi ki, qarşıdan SSRİ
Xalqlarının I spartakiadası gəlirdi. Mən doqquz ay müddətində tanıdıqlarım
bütün rəqiblərimə, xüsusiyyətlə A.Bestayevə və onun “sarma” fəndinə qarşı ciddi
hazırlaşmalı idim.Nəhayət uzun axtarışdan sonra qərara gəldim ki, onun “tac” fəndinə
qarşı müdafiə olunmaq yox, ona qarşı əks fənd hazırlamaq lazımdır. Əlbətdə, bu
böyük risk idi. Azı ona görə ki, o boyca məndən hündür boylu və bədəncə məndən
az da olsa, üstün cəhətlərə malik güləşçi idi. Lakin başqa yol yox idi. Paşa müəllim deyərdi: “Biz o yarışa xüsusi planla hazıraşmağa başladıq. Məşqlərə
böyük həvəslə gəlirdik. Məşqlərimiz çox gərgin və maraqlı keçirdi. Spartakiadaya
hələ xeyli vaxt qalmasına baxayaraq ilk günlərdən başlayaraq, demək olar ki, mən
A.Bestayevin boyuna, bədən quruluşuna
uyğun güləşçilərlə məşq edir, əsas da “sarma” fəndinin əks fəndini müxtəlif
variantlarla bütün xırdalıqları ilə dönə-dönə təkmiləşdirirdim. Mənimlə məşq edənlər
həmişə məni bu fəndlə atmağa cəhd edirdilər. Əlbətdə, çox vaxt mən özüm də bilərəkdən
rəqiblərimə süni şərait yaradırdım ki, onlar qolumu tutub ayağını ayağıma
sarısın, mənsə o vaxt sərbəst ayağımla bir addım ona tərəf addımlayıb, rəqibimi
qucaqlayıb onu sinəmlə vuraraq tam arxaya əyilib üstümdən geri atırdım. Xüsusi
ilə də yarış xarakterli məşqlərdə buna daha çox fikir verirdim. Düzgün planlı,
məqsədyönlü və maraqlı məşqlər keçirildiyi üçün yarışın vaxtı yaxınlaşdıqca
ümidlərim daha da artırdı. Mənə əsas ümid verən o idi ki, mənimlə məşq edən
uşaqlara tam şərait yaratdığım halda, onlar məni bu fəndlə ata bilmirdilər və hər
dəfə həmin şərait yarandıqda mən onları qabaqlayaraq əks fəndlə atırdım. İkinci bir məsələ mənim əsas rəqibim A.Bestayev xəbərsiz
idi ki, mən onun “tac” fəndinə qarşı bu cür ciddi hazırlaşıram. Üçüncü bir
vacib məsələ mənimlə məşq edənlərin
hamısı mənim qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün hər cür şərait
yaradırdılar. Əlbətdə bütün bunlar mənə böyük stimul verirdi. Bunlardan ruhlanaraq
inanırdım ki, mənə inananların ümidlərini layiqincə doğruldacağam. Artıq iyul ayının ortaları idi, təlim-məşq
toplanışının qurtarmasına az bir müddət qalmışdı. Havaların çox isti keçməsi səbəbindən,yarışın
reqlamentinə uyğunlaşmaq üçün məşqlərimiz əsasən günün birinci yarısında eləcə
də günün ikinci yarısında isə saat 5-dən sonra keçirilirdi. Necə deyərlər, əsasən
də tamamlama məşqləri gedirdi. Bura məlum rəqiblərə qarşı görüşlərin taktiki cəhətdən
necə qurulması, xüsusi ilə “tac” fəndlərimizin müxtəlif variantlarda mükəmməl təkmilləşdirilməsi,
yarış qaydalarının müzakirəsi, bu günlərdə yarışa qədər dövrdə düzgün
qidalanma, çəkinin nizama salınması məsələləri v s. gündəmdə idi. Nəhayət hamımızın gözlədiyimiz gün gəlib çatdı. Komandamız Moskvaya yola düşdü. Paşa müəllim deyərdi
ki, SSRİ xalqlarının spartakiadasının proqramına daxil olan bütün idman növləri
kimi güləş növündə də xüsusi hazırlıq diqqəti cəlb edirdi. Bu idman növünün
keçirilməsi üçün hər cür şərait yaradılmışdı. 6 avqust 1956-cı il Moskva şəhəri SSRİ Xalqlarının I
spartakiadasının sərbəst güləş yarışları başladı. Güləşçiləri növbə ilə güləş xalçasına dəvət etməyə
başladılar. Biz, mən və mənim əsas rəqibim A.Bestayev, rəqiblərimizi
bir-bir məğlubiyyətə uğradaraq yarış protokolunda bir-birimizə yaxınlaşırdıq. Mən
bilirdim ki, bu məqamda hər bir idmançının psixoloji hazırlığı onun üçün böyük əhəmiyyət
kəsb edir. Nəhayət biz xalçaya dəvət edildik. A.Bestayevlə mənim ayrıca hesabım var idi. İnanmirdim
ki, mənim üçün belə bir fürsət birdə ələ düşməyəcək. Ona görədə, komanda
yoldaşlarıma deməsəm də, özlüyümdə qalib gələcəyimə inamım böyük idi. Ancaq onu
da deyim ki, A.Bestayevdə, A.Bestayev
idi. Görüş başladı. Mən görüşü ona qarşı hazırladığım
taktika ilə başladım. Qarşıdurma gərgin mübarizə şəraitində keçirdi. Bu özünü
qazanılan xalların hesabında da göstərirdi. Ümumiyyətlə görüş demək olar ki, bərabər
səviyyədə gedirdi. Görüşün bu cür gedişi məni qane edirdi. Buna baxmayaraq mən hər an hiss edirdim ki, rəqibim
öz fəndini işlətmək üçün əlverişli şərait axtarırdı. Açığını deyim ki, bunun
görüşün sonuna yaxın baş tutması mənə sərf
edirdi. Görüşün gedişi onu göstərirdiki, bu belə də olacaq. A.Bestayevin iki ardıcıl hücumlarından sonra mən onun
üçün süni şərait yaratdım ki, qolumu tutub ayağını ayağıma sarısın. Belə də
oldu. O, bir göz qırpımında öz işini gördü. Bu vaxt bir anda onu var gücümlə
möhkəm qucaqlayıb sərbəst ayağımla bir addım ona tərəf addımladım, sinəmlə
vuraraq tam arxaya əyilib başımın üstündən
tulladım. Bununla da görüşün taleyi həll olundu. Bu anda rəqibim nə baş verdiyini anlaya bilmirdi. O, şokda
idi. Mən nəhayət A.Bestayevə qalib gələrək SSRİ xalqlarının I spartakiadasının çempionu
oldum.” O
illərə dönə bilsəm... Sonda Yaqub müəllim əlavə etdi ki, Paşa müəlim
doqquz aylıq ağır zəhməti bahasına əks fənd hesabına əldə etdiyi bu böyük qələbəni
bizə hər dəfə elə həvəslə danışardı ki, sanki bir seminar məşğələ keçirdi. O,
A.Bestayevlə keçirdiyi görüşü hər dəfə bütün detalları ilə böyük həvəslə dönə-dönə
göstərir və izah edirdi. Məşqin sonunda isə həmişə olduğu kimi sual-cavab
başlayırdı. Bu hissə xüsusi ilə şən və maraqlı keçirdi. Çox gərgin məşqdən
sonra Paşa müəllimin yüngül özünəməxsus zarafatları bütün yorğunluğumuzu aradan
qaldırırdı. Bax belə bir insan idi o. Allah sənə rəhmət eləsin,
Paşa müəllim. Yar gəlsən əgər məzarım üstə, Xoşdur mənə gəz qubarım üstə. Cananıma sadiqəm həmişə, Ölsəmdə etibarım üstə. Solmaz nə qədər xəzanda gülsə Güllərlə dolu baharım üstə Qartal kimiyəm rəqib gələndə Vururam onu mən şikarım üstə Can qoymağa hazıram həmişə, Mir Mehdi gözəl diyarım üstə Dəyərli oxucular, mən də bu böyük təfəkkür, geniş təxəyyül,
möhkəm yaddaş sahibi Yaqub müəllimə sonsuz minnətdarlığımı bildirir və deyirəm:
“Onun böyük vətən sevgisində, ulu qürurunda, yaşadığı ömür səhifələri zamanla
durur. Ondan ötrü Yaqub Məmmədov həyatının kitabını vərəqləmək lazımdır”. Nə qədər ki, mən sağam, anam da sağdır mənim, Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim, Beşiyimin başında gah gülmüş, gah
ağlamış, Qundağımın bağını nəğmələrlə bağlamış. Mənim eşqim, ilhamım, hər nəyim var
onundu. Bu qəmlər, bu ələmlər, bu misralar onundu. Mən onun sahəsində boya-başa çatmışam, Anam məni yaradıb, mən aləm yaratmışam.
Şəhriyar. Proloq Bu yazı İbrahimpaşa Dadaşov haqqında yazılacaq bir
kitabın girişi qədər ola ya olmaya. Hər halda bir qəzet səhifəsinə sığacaq qədərdir. Hümbət
Cavadov. Sərbəst
Güləş üzrə SSRİ İdman Ustası.
Facebook-da paylaş