Şamaxı idmanının parlaq nümayəndəsi. Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi

İdman mənim həyatımdır...Hikmət hələ orta məktəbdə oxuyarkən idmanın ağır atletika növünə xüsusi maraq göstərirdi. O, vaxt çoxları onun yaxşı idmançı olacağına o qədər də inanmırdı. 
Lakin Hikmətinyorulmadan məşq etməsi respublikanın əmkdar məşqçisi X.Hüseynovun nəzərindən yayınmamışdı. Təcrübəli məşqçi o günləri xatırlayaraq deyir:Hikmətin müsbət cəhətlərindən biri məşqlərdə müntəzəm iştirak etməsi, özünə inamı olması idi. Ağır atletikanın sirlərinə yaxından bələd olmağa səy göstərməsi onun gələcəkdə yaxşı idmançı olacağına ümid doğururdu....Hikmət Tarverdiyevin 1972-ci ildə Arxangelskidə keçirilən Ümumittifaq turnirində, sonra isə "Məhsul"un Mərkəzi Şurasının birinciliyində yaxşı nəticə göstərməsi gənc atletin qələbəyə olan inamını daha da artırdı. O, vaxt Hikmət hələ Məlhəm kənd orta məktəbində oxuyurdu. H.Tarverdiyevin qəlbində idman mütəxəssisi olmaq arzusu baş qaldırdı. Doğru deyirlər niyyətin hara,mənzilin də ora. Elə həmin il sənədlərini indiki İdman Akademiyasına verdi və qəbul olundu. Öz üzərində ciddi çalışaraq gənc atlət dörd il dalbadal Bakı çempionu oldu. O "Məhsul"un məşqçisi, idman ustası Vaqif Hüseynovun rəhbərlik etdiyi ağır atletika bölməsində gündən-günə artırdı.Nəhayət, ona gənclər arasında Orçonikidze şəhərində keçirilən ölkə birinciliyi yarışlarında respublikamızı təmsil etmək şərəfi nəsib oldu. O, həmin yarışda məşqçilərin etimadını doğrultdu və bürünc medala layiq görüldü. Sonra isə H.Tarverdiyev Riqada kənd idmançıları arasında keçirilən ölkə kuboku yarışlarında parlaq qələbə qazanaraq SSRİ İdman ustası normasını yerinə yetirdi. Onun bu qələbəsi ən çox məşqçi X.Hüseynovu sevindirdi. Axı, H.Tarverdiyev Şamaxıda ağır atletika üzrə ilk idman ustası idi.H.Tarverdiyevin idman mükafatları arasında Vladimir şəhərində keçirilən kənd idmançılarının SSRİ birinciliyinin, Orexovo-Zuyevoda təşkil edilən Ümumittifaq turnirinin, Azərbaycanın VI və VII spartiakadalarının qızıl, gümüş və bürünc medalları vardır.Hikmət Tarverdiyev Adnalı kənd orta məktəbində idman müəllimi işləmişdir. O, məktəbdə ağır atletika bölməsi yaratmışdır. Eyni zamanda Hikmət Tarverdiyev rayon idman komitəsində məşqçidir, müəllim-məşqçi Hikmət Tarverdiyev Vilayət Cabbarov, Alik Lalayev, Fərhad Səfərov, Cabbar Məmmədov kimi istedadlı ağır atletlər yetişdirmişdir. Məşqçinin yetirmələrindən ibarət Şamaxı komandası ötən il “Məhsul” cəmiyyətinin keçirdiyi yarışlarda birinci yeri tutmuşdur.İstedadlı məşqçi özünü idman aləmindən ayrı təsəvvür edə bilmir.-Ən böyük arzun?-deyə ona müraciət edirik:-İdman mənim həyatımdır, -deyir,-Rayonumuzda ağır atletikanı daha da inkişaf etdirmək, bu sahədə usta idmançılar hazırlamaq arzusundayam...İlk dəfə Şamaxı rayonunda idmanın ağır atletika növü üzrə SSRİ idman ustası adını 1979-cu ildə almışdır.2015-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülmüşdür. Yetirmələri SSRİ idman ustaları1.Əlimurad Etibarov2.Vilayət Cabbarov3.Ayaz HəmidovVeteran ağır atletlər arasında 2 qat Dünya çempionu Şahbazov ƏhmədPoverliftinq (uzanaraq güclə) idman növü üzrə Dünya kuboku sahibi Bəhruz Pənahov2019-cu il avqust ayında Hikmət müəllim Beynəlxalq Ağır Atletika Federasiyasının bu idman növü üzrə Beynəlxalq məşqçilik sertifikatı verilmişdir. Hal-hazırda Hikmət müəllim Şamaxı Avropa liseyində idman müəllimi işləyir. Ona ulu Tanrıdan uzun ömür və həyatda ən gözəl nemət olan can salığı arzu edirik.-Uğur olsun, Hikmət!
Müəllif:Yaşar Piriyev,Şair-Publisist
Şamaxı şəhəri.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}