Cavadov Hümbət: Məşqçi yalnız zəkaya deyil, həm də hisslərə təsir etməyi bacarmalıdır.
Məşqçi yalnız zəkaya deyil, həm də hisslərə təsir etməyi bacarmalıdır
Şəffaflıq.az-ın növbəti qnanğı Sərbəst güləş üzrə SSRİ idman ustası Hümbət Cavadovdur.
Hümbət müəllim gənc məşqçi-müəllimlərə metodiki tövsiyyələriniz və yeni məşqlərə başlayan (ibtidai hazırlıq qrupu, 10-12 yaş) uşaqlarla təcrübəli məşqçilərin iş aparılmasınin müsbət nəticələri barədə fikirləriniz?
Uzun illik təcrübəyə söykənərək deyə bilərəm ki, uşaqların sevdiyi idman növü ilə müntəzəm məşğul olaraq gələcəkdə güclü idmançı kimi yetişməsi üçün bir çox amillər vacibdir. Bunlardan ən əsası idman növünə böyük həvəs göstərmək, əməksevərlik, məşqlərə ciddi yanaşmaqdır. Həmçinin məşq etmək üçün normal maddi-texniki bazanın, öz işini dərindən bilən, uşaqlarla iş qurmağı bacaran peşəkar məşqçi-müəllimin olması mütləqdir. Ədalət naminə demək lazımdır ki, yeni məşqlərə başlayan (ibtidai hazırlıq qrupu, 10-12 yaş) uşaqlarla təcrübəli məşqçilərin iş aparması həmişə müsbət nəticə verir. Əksinə, belə qruplarla təcrübəsiz, gənc məşqçilərin iş aparması o qədər də effektli olmur.
Gənc məşqçi işə həvəslə girişir, bildiklərini həvəslə öyrətməyə can atır, eyni zamanda, məşqə yenicə başlayan uşaqlar tez bir zamanda hər şeyi öyrənmək istəyirlər. Bu isə müəyyən vaxtdan sonra xoşagəlməz halların meydana çıxmasına səbəb olur. Məhz bunları nəzərə alaraq, gənc məşqçi-müəllimlərə tövsiyələr vermək istərdik. Onlara məsləhət görərdik ki, öyrətmədə (tədrisdə) heç vaxt tələsməsinlər. Uşaqların həvəslərinə, təxəyyülünə, fantaziyasına açılan pəncərəni tədricən açsınlar, onu dərhal, taybatay açmasınlar. Başqa sözlə, öyrətmə elə getməlidir ki, öyrədilən hərəkətlərin və fəndlərin çoxluğu uşaqları heç zaman çaşdırmasın, onlar öyrəndiklərini ardıcıl və mükəmməl öyrənsinlər.
Güləşmədə hansı fəndlər kombinasiyalar var, və idman məktəblərəridə ilk növbədə hansı keyfiyyətlərə diqqət ayrılmalıdır?
Məşqdə öyrədilən hərəkətlər və fəndlər əvvəlkilərdən mürəkkəbliyi və maraqlılığı ilə fərqlənməli, hər keçirilən məşq əvvəlki məşqin bir növ davamı olmalıdır. Məşqlər gündən-günə daha maraqlı olmalıdır. Güləşmədə (xüsusi ilə sərbəst güləşdə) fəndlər çoxludur (müdafiə fəndləri, əks fəndlər, kombinasiyalar) Onların hamısını birdən uşaqlara öyrətmək lazım deyi. Bu zaman uşaqların hər şeyi birdən öyrənmək həvəsi faydasız olar. Gəni məşqçi-müəllimlərə məsləhət görərdik ki, uşaqların qarşısında ətraf aləmi, eləcə də elmin bir sahəsi olan güləşməni elə açmaq lazımdır ki, bu sahə heyranlıq doğursun. Hər gün məşqlərdə gördükləri, eşitdikləri həyatın kiçik bir hissəsi-göy qurşağındakı rənglər kimi uşaqların gözləri qarşısında canlansın. Həmişə növbəti məşqlərə deyilməmiş söz, öyrədilməmiş fənd saxlayın ki, növbəti məşq uşaqları cəlb etsin. Təlim o vaxt uşaqların mənəvi həyatının bir hissəsinə çevrilir ki, o, həyatı olsun, uşaqların gündəlik həyatda eşitdikləri, gördükləri ilə üst-üstə düşsün. Gənc məşqçilər unutmamalıdır ki, idman məktəblərəridə ilk növbədə, insani keyfiyyətlərə diqqət ayrılmalıdır. Gənc məşqçilər uşaqların xarici görünüşü ilə yanaşı, onların hər birinin daxili aləmini də öyrənməlidirlər.
Məşqə gələn uşaqlarda ilk öncə hansı xüsusiyyətləri bilmək lazımdır?
Məşqə gələn uşağın bu idman növünə həvəsini, onun fiziki inkişafını, istedadını, əqli və zehni inkişafını, təxəyyülünü, təfəkkürünü, psixoloji durumunu bilmək vacibdir. Uşağın yalnız gündəlik məşqlər hesabına gələcəkdə yüksək nəticələr əldə edəcəyinə ümid bəsləmək olmaz. Unutmaq olmaz ki, təlim-tərbiyədə, başlıca və ikinci dərəcəli məsələ yoxdur. İdman məktəblərində hər şey tərbiyə, təlim, yarışlar, qarşılıqlı münasibətlər, qidalanma, istirahət-başlıcadır, vacibdir. Gənc məşqçilər bilməlidir ki, uşaqlıq insan həyatının ən mühüm, təkrarolunmaz dövrüdür. Bu dövrdə uşaqların ətraf mühiti qavramaq, dərk etmək qabiliyyəti, gündəlik gördükləri fiziki və zehni işlər onların sağlamlığından çox asılıdır. Bu asılılıq çox incə və çətin dərk ediləndir. Bu baxımdan yeni məşqə başlayanların daxili mənəvi aləminin dərindən öyrənilməsi məşqçilərin mühüm vəzifələrindən biridir. Təcrübə göstərir ki, məşqçi məşğul olanlara fərdi yanaşmasa, onların daxili aləminə yol tapmasa keçirilən məşqlərin müsbət nəticəsi olmayacaq. Hər iki tərəfin (məşqçi və idmançı) görülən işə sonsuz məhəbbəti, gündəlik səyi və zəhməti, inam, dözüm, illərlə çəkilən əziyyət uğura yol aça bilər.
Çətin proseslərdə məşqçi nədən istifadə edib, mahiyyətini dərk etməlidir?
Əlbəttə, bu çətin prosesdə məşqçinin “aləti onun bilik və bacarığıdır”. Əfsuslar olsun ki, bəzən güləşməni çox yaxşı bilən, öyrətməyə böyük səy göstərən, kifayət qədər təcrübəyə malik, uzun illər bu sahədə çalışan məşqçilər də yüksək dərəcəli idmançılar hazırlamaqda çətinlik çəkirlər. Bunun bir çox səbəbləri var. Bunlardan ən birincisi, məşqçinin uşaqlarla qarşılıqlı əlaqəni düzgün qura bilməməsidir. Bəzən məşqçilər uşaq qəlbinin gizli sirlərini, sevgisini və kədərini duya bilmirlər. Başqa sözlə, məşqçi fikrən özünü uşaq yerinə qoya bilmir. Gənc məşqçilər çox dahiyanə deyilmiş bir fikri unutmamalıdırlar : “Uşaqların mənəvi aləminə enmək yox, bu aləmə yüksəlmək lazımdır”. Məşqçilər bu fikrin mahiyyətini dərindən dərk etməlidir.
Məşqçini və idmançını maraq, meyillərini nə birləşdirir.?
Ümumtəhsil məktəblərində dərs şagirdlərin dünyam dərk etməsi prosesinin təşkili formasıdır. İdman məktəblərində keçirilən məşqlər isə təlimin təşkil olunmuş formasıdır. Məşqin əksəriyyəti planlı və məqsədyönlü şəkildə, ardıcıl surətdə, yüksək nəticələrin əldə edilməsi üçün aparılan prosesdir. İdman məktəblərini uşaqların yalnız bilik və bacarıqlara yiyələndiyi bir yer kimi qiymətləndirmək düzgün deyil. Təlim (məşq) uşağın mənəvi həyatının çox mühüm hissəsidir, lakin yeganə sahəsi deyildir. İdman məktəbləri uşaq kollektivinin çoxşaxəli mənəvi həyatınm əks olunduğu məkandır: burada məşqçini və idmançını maraq, meyilləri birləşdirir.
Dəyanət İsmayılov
Şəffaflıq.az
Facebook-da paylaş