Əfqanıstanda sərnişin avtobusu aşıb, 25 nəfər ölüb


Əfqanıstanda sərnişin avtobusunun aşması nəticəsində ən azı 25 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

Şəffaflıq.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi bildirib.

Məlumata görə, hadisə səhər saatlarında Kabilin Arqandi rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Mətin Kaninin sözlərinə görə, qəzaya sürücünün yol verdiyi ehtiyatsızlıq səbəb olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}