Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 32 nəfər çatıb.


Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 32 nəfər çatıb.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə ölkənin Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vatrakoyannis ildirib. 

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 85 hospitala yerləşdirilmişdi: “Onlardan 53-nün müalicəsi stasionar şəraitdə davam edir”.

08:16

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 29 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “ERT NEWS” kanalının efirində Yanğınsöndürmə Xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, qəzada ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar.

Qeyd edək ki, hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub.

06:33

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “ERT NEWS”  kanalının efirində Yanğınsöndürmə Xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

“Təsdiqlənmiş məlumata görə, hazırda dağıntılar altından 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını cəlb olunub”-deyə, o bildirib.

Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib. Bəzi şahidlər qatarların toqquşmasının çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər.

04:37

Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, Afina - Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.

Qəzadan sonra hadisə yerinə 30-dan çox təcili tibbi yardım, o cümlədən yanğınsöndürə və digər xüsusi təyinatlıların nəqliyyat vasitələri cəlb edilib.

Hazırda xilasedicilər aşmış vaqonlarda insanların axtarışını aparır. Hökumət təcili olaraq Katerini və Larisa xəstəxanalarında yaralıların qəbulu üçün şöbələrin açılması barədə göstəriş verib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}