İranda 13 terrorçu öldürülüb


İran təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi reyd zamanı 13 terrorçu öldürülüb.

Şəffaflıq.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-ləri məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər bu yaxınlarda İranşəhrdə Daman postunda polisə hücumda şübhəli bilinən qruplaşmanın üzvləri olublar. Bu hücum nəticəsində hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həlak olub.

"Hazırda Sistan və Bəlucistan əyalətində 13 terrorçu öldürülüb, bir neçə silahlı isə həbs edilib", - Keşikçilər Korpusunun bəyanatında deyilir.

“Tasnim”in məlumatına görə, əməliyyat zamanı Damanda həlak olan polislərin oğurlanmış silah və sursatı müsadirə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}