Bakıda avtomobil motosikletlə toqquşub, ölən var


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Şəffaflıq.az xəbər verir ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub.

Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}