Əsas Səhifə > Hadisə > Bakıda avtomobil motosikletlə toqquşub, ölən var
Bakıda avtomobil motosikletlə toqquşub, ölən varBu gün, 09:34 |
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Şəffaflıq.az xəbər verir ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub. Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Geri qayıt |