Laçında dağlıq ərazidə yanğın olub
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş








