Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və eyni yaşlı Elmin Elman oğlu Əmrəliyevin meyitləri tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, onların meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, hadisə sentyabrın 19-da baş verib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








