Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə ərsəyə gətirilib. Şəffaflıq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İmadəddin Nəsiminin rayonda ucaldılmış abidəsinin müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov deyib. O, heykəlin hazırlanmasında təxminən 30 nəfərin iştirak etdiyini bildirib: "Nəsiminin heykəlinin hazırlanmasına beş il sərf olunub. Müasir üslubda ərsəyə gətirilən heykəlin hazırlanmasında 30 nəfərə yaxın peşəkar komanda işləyib. Bu, belə bir üslubda hazırlanmış ilk heykəldir".
Xəbəri paylaş
Facebook-da paylaş








