Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan audit sahəsində yeni birlik təsis ediblər


Bakıda Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin təsis edilməsinə dair Saziş imzalanıb.

Şəffaflıq.az xəbər verir ki, bu, Azərbaycanın Auditorlar Palatasının fəaliyyətinin 30 illik yubileyinə həsr olunmuş tədbir və "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutub.

Sənədi Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov, Türkiyə İctimai Nəzarət, Mühasibat və Audit Standartları Qurumunun vitse-prezidenti Hayrettin Kurt, Qazaxıstan Auditorlar Palatası Şurasının sədri Sapar Koskimbayev, həmçinin Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov imzalayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}