Vüsal Nəsirli vətəndaşları qəbul edəcək
Sentyabrın 25-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edəcək. Bu barədə Agentlikdən məlumat verilib. Bildirilib ki, vətəndaşlar sentyabrın 14-dən 18-nə qədər qəbula yazılmaq üçün AAYDA-ya rəsmi müraciət edə bilərlər. "Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq", - məlumatda qeyd olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








