Əsas Səhifə > İnfrastruktur > Vüsal Nəsirli vətəndaşları qəbul edəcək

Vüsal Nəsirli vətəndaşları qəbul edəcək


Bu gün, 16:03


Sentyabrın 25-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Hacıqabul rayonunun və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar sentyabrın 14-dən 18-nə qədər qəbula yazılmaq üçün AAYDA-ya rəsmi müraciət edə bilərlər.

"Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq", - məlumatda qeyd olunub.

Şəffaflıq.az


Geri qayıt