Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin həftəlik dərs saatları artırılır
Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi" fənninin həftəlik saatları artırılır. Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2026–2027-ci tədris ilindən etibarən I–XI siniflərin hər birində bu fənn üzrə həftəlik dərs yükü 1 saat artırılacaq: "Beləliklə, ümumi həftəlik dərs yükü 31 saatdan 42-yə yüksələcək. Hazırda I–V siniflərdə həftəlik dərs saatları 3-dən 4-ə, VI–IX siniflərdə isə 3-dən 4-ə artırılacaq. X və XI siniflərdə isə həftəlik saatların 2-dən 3-ə yüksəldilməsi nəzərdə tutulur".
Xəbəri paylaş
Facebook-da paylaş








