Əsas Səhifə > ELM VƏ TƏHSİL > Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin həftəlik dərs saatları artırılır

Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənninin həftəlik dərs saatları artırılır


Bu gün, 16:09


Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi" fənninin həftəlik saatları artırılır.

Şəffaflıq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2026–2027-ci tədris ilindən etibarən I–XI siniflərin hər birində bu fənn üzrə həftəlik dərs yükü 1 saat artırılacaq:

"Beləliklə, ümumi həftəlik dərs yükü 31 saatdan 42-yə yüksələcək. Hazırda I–V siniflərdə həftəlik dərs saatları 3-dən 4-ə, VI–IX siniflərdə isə 3-dən 4-ə artırılacaq. X və XI siniflərdə isə həftəlik saatların 2-dən 3-ə yüksəldilməsi nəzərdə tutulur".


Geri qayıt