Bakının bir çox yollarında tıxac yaranıb
Bakının bir çox yollarında tıxac yaranıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








