Zabratda güclü külək avtomobil körpüsünün məhəccərlərini dəmir yolunun üstünə salıb


Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, buna səbəb "Zabrat-2" stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.

ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}