Xırdalanda restoran yanıb


Abşeron rayonunun Xırdalan şəhərində restoranlardan birində yanğın baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bir-birinə bitişik restoranların ümumi sahəsi 800kv.m.-dir.

Yanğın nəticəsində ümumi sahəsi 240kv.m. olan restoranın ikinci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 65kv.m. sahədə və ümumi sahəsi 72 kv.m. olan çay evi və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb. Restoranın qalan hissəsi və bitişik yerləşən obyektlər yanğından mühafizə olunub.

Araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}