Rusiyanin Kamenskoyeyə hücumu nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərinə gecə hücumu nəticəsində dörd nəfər həlak olub, daha beş insan yaralanıb. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib. Onun sözlərinə görə, reanimasiyada olan 30 yaşlı qadın da daxil olmaqla, üç yaralı xəstəxanadadır. Tibb işçiləri yaralılara lazımi yardımı göstərirlər. Zərbədən əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Dnepr çayına doğru hərəkət edən yüksək sürətli hədəf barədə xəbərdarlıq edib və tezliklə bir neçə hədəfin olduğunu, bəzilərinin isə xüsusi olaraq Kamenskoye istiqamətində hərəkətini açıqlayıb. Məhz bu hədəflər şəhərdəki sənaye müəssisəsinə zərbə endirib.
Facebook-da paylaş








