Bakı metrosu "Sabah"ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında "Sabah" FK-nın növbəti qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də xüsusi iş rejimi tətbiq olunacaq. Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, stadionun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına əlavə işçi qüvvəsi cəlb ediləcək və nəzarət gücləndiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








