Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var


Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}