Əsas Səhifə > Hadisə > Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan var
Biləsuvarda avtomobil aşıb, ölən və xəsarət alan varBu gün, 11:56 |
|
Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb. 1989-cu il təvəllüdlü Elvin Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Avtomobildə olan 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |