Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb


Türkiyənin Antalya şəhərində sosial şəbəkələrdə cinayətkar təşkilatları təbliğ edən, onların metodlarına qanuni don geydirən və fəaliyyətlərini təşviq edən 14 şübhəlidən 10-u saxlanılıb.

Bu barədə Şəffaflıq.az yerli mətbuata istinadən xəbər verir.

Antalya Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı vilayətin polis idarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosunun əməkdaşları cinayətkar qruplaşmaların zorakı və ya təhdidedici metodlarının istifadəsini qanuniləşdirən, təbliğ və ya təşviqi lə bağlı paylaşımlar edən şəxslərlə bağlı əməliyyat keçirib.

Əməliyyat zamanı on nəfər şübhəli şəxs qismində saxlanılıb. Qeyd edilir ki, daha dörd şübhəlinin saxlanıması istiqamətində tədbirlər davam etdirilir.

Şübhəli şəxslərin evlərində aparılan axtarışlar zamanı 338 qram kokain, 61 paketə doldurulmuş marixuana aşkarlanaraq müsadirə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}