Sumqayıtda avtomobil işıq dirəyini aşırıb
Sumqayıt şəhərində minik avtomobili işıq dirəyini aşırıb. Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. İdarəetmədən çıxan "Hyundai Santa Fe" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində işıq dirəyi aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








