Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Bir nəfər ölüb

Tovuzda avtomobilin işıq dirəyinə çırpılıb, bir nəfər ölüb
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Tovuzda baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
Minik maşının işıq dirəyinə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü Şirinov Xəlil Bədrəddin oğlu dünyasını dəyişib.
1998-ci il təvəllüdlü Məmmədov Uğur Ədalət oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}