Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb və bunun sayəsində insan tələfatı və dağıntıların qarşısını almaq mümkün olub. İlkin məlumata görə, pilot xəsarət alıb. Qeyd edək ki, X-32 "Bekas" tipli iki yerlik yüngül mühərrikli təyyarələr ənənəvi olaraq kənd təsərrüfatında, eləcə də təlim və müşahidə uçuşlarında istifadə olunur.
Xəbəri paylaş
Facebook-da paylaş








