Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Koroğlu prospektində baş verib. Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib. Faktla bağlı araşdırma başlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








