Əsas Səhifə > Hadisə > Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Sumqayıtda piyada ölümü ilə nəticələnən avtoqəza olub


Bu gün, 11:43


Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Koroğlu prospektində baş verib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Aslanov Vüqar Elşən oğlu idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Həşimov Qabil Salman oğlunu vurub. Ağır xəsarətlər alan piyada həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb.


Geri qayıt