Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır


Macarıstan hesab edir ki, Avropa İttifaqının Rusiya qazından imtina üçün müəyyən etdiyi müddətə - 2027-ci ilin oktyabrına qədər ölkənin qaz tələbatı qeyri-Rusiya mənbələri hesabına da təmin olunacaq.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan "Telex"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstanda qaz anbarları yaxşı doldurulub, qazın tədarükü ilə bağlı problem yoxdur, buna görə də ölkə qışa hazırdır.

Nazir qeyd edib ki, Macarıstanın Rusiya qazından asılılığı digər mənbələrdən qaz almağın qeyri-mümkün olması ilə bağlı deyil. Onun sözlərinə görə, ölkəyə bir neçə istiqamətdən boru kəmərləri vasitəsilə qaz daxil olur, lakin indiyədək Rusiya qazı ən qənaətcil variant olub.

İ.Kapitan son aylarda Macarıstanın qaz idxalında Rusiyadan asılılığının nə qədər azaldığını açıqlamayıb, lakin qeyd edib ki, hadisələr gözlənilən ssenari üzrə inkişaf edəcəyi təqdirdə, Aİ-nin müəyyən etdiyi müddətə qədər qaz tədarükü digər mənbələrdən də təmin ediləcək.

Nazir, həmçinin neft tədarükü sahəsində Rusiyadan asılılığın azaldılması imkanlarını bəyan edib. Onun sözlərinə görə, Adriatik boru kəmərindən tam gücü ilə istifadə etmək üçün Xorvatiya ilə danışıqlara başlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}