"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub


"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb.

Şəffaflıq.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb.

44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.

O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl-Cabalayn"ın (Səudiyyə Ərəbistanı) isə idman direktoru işləyib.

Y.Bekiri 2024/2025 mövsümündə "Şkendiya" ilə Şimali Makedoniya çempionu olub. O, "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}