Ağcabədidə çoxillik tut bağı yanır
Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb. Şəffaflıq.az-ın məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş








