Əsas Səhifə > Hadisə > Ağcabədidə çoxillik tut bağı yanır

Ağcabədidə çoxillik tut bağı yanır


Bu gün, 15:09


Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

Şəffaflıq.az-ın məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.


Geri qayıt