Heç bir itki vermədən Ağdam rayonu azad olundu.-FOTO

 Ermənistan kapitulyasiyaya məcbur edildi və bir güllə belə atmadan, heç bir itki vermədən Ağdam rayonu azad olundu.
Bu, Azərbaycan Ordusunun 44 gün ərzində apardığı Vətən müharibəsində zəfər çalmasının, Ali Baş Komandan İlham Əliyevin hərbi cəbhədə əldə olunan qələbəni diplomatik masada rəsmiləşdirməsinin nəticəsidir.
“Əziz ağdamlılar, artıq siz qaçqın deyilsiniz”. 
Prezident İlham Əliyevin xalqa müraciətində dediyi bir cümlə böyük zəfərin, böyük əzmin və Azərbaycanın qüdrətinin ifadəsidir.
Bir güllə belə atmadan bir cümlə ilə 27 illik həsrətə son qoyuldu.

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilir. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olubdur.

Bunun böyük uğur olduğunu anlamaq üçün düşmənin Ağdamda yaratdığı istehkamlara baxmaq lazımdır. 27 il ərzində Ermənistan rayonda bütün infrastrukturu dağıdıb, əvəzində əsas gücünü təmas xətti boyunca mürəkkəbliyi ilə seçilən bir neçə xətdən ibarət müasir standartlara uyğun müdafiə istehkamları qurmuşdu. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi ilə nəticələnəcəkdi. Ordumuz bunu edə bilərdimi? Təbii ki, bəli. 44 günlük müharibədə əldə olunan nəticələr bunu sübut etdi, lakin 44 günlük hərbi əməliyyatların əsas hədəflərindən biri də düşməni sülhəməcburetmə idi.

 
Azərbaycan buna nail oldu və heç bir itki vermədən Ağdam azad olundu. Prezidentin İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu.

Bu siyasətin nəticəsində qısa zamanda Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı.

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Vaxtilə Qarabağ xanı Pənahəli xan bu ərazidə ağ daşlardan ibarət yay sarayı inşa edib, bu imarət ərazidə bir növ istiqamət ünvanına çevrilib. Bu mənada “Ağdam” – nurlanmış işıqlı, ağ ev anlamındadır.

 
“Pənahəli xanın imarəti” adı ilə tanınan abidə dağınıq şəkildə dövrümüzə gəlib çatmış iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil imiş. Bu kompleks Pənahəli xanın 1738-ci ildə - Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib.

Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Üçoğlantəpə, Leylatəpə və Üzərliktəpədə aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir. Üzərliktəpə Qafqazda ilk şəhər tipli yaşayış məskəni də hesab edilir. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqarçayı boyunca məskunlaşıblar.

Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yеrləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Türbələr, Məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri və s. bu memarlıq abilərindəndir. Onların əksəriyyəti işğal dövründə məhv edilib.

Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir.

Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam cümə məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan Ağdam şəhərinin 10 kilometrliyində “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir qəsr kompleksi saldırmış, daş və əhəngdən məscidlər, evlər, bazar və hamamlar tikdirib.

İnşası 1751-1752-ci illərdə tamamlanmış bu kompleksdən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Qəsr öz adını gur sulu bulağın adından alıb. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində, iri qəsr kompleksinin iç qalası olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına öz təsirini göstərib.

Ağdamın Xaçındərbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi mövcuddur. Xalq arasında “Sarı Musa türbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”.

Bu daş kitabəyə görə türbənin inşası 15 iyul 1314-cü ildə tamamlanmışdır. Abidənin istər inşaat texnikasında, istərsə də detallarının bədii-plastik həllində Qarabağ memarlığının fərqli xüsusiyyətləri əks olunub.

 










Ağdamda Qarabağın XIX əsr dini memarlığının monumental örnəklərindən biri inşa edilib. Ağdamın Cümə məscidi olan bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği ucaldıb. O, orta əsr Azərbaycan memarlığında geniş yayılmış qoşa minarəli Cümə məscidləri ənənəsini davam etdirərək Ağdam məscidində öz dövrünün tələblərinə və Qarabağın memarlıq-inşaat təcrübəsinə uyğun özünəməxsus məscid obrazı yaradıb.

1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar qorunub saxlanılırdı. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ermənistan tərəfindən tamamilə dağıdılıb. 2001-ci ildən muzey öz fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında qismən bərpa edib.

Dünyada ikinci, MDB məkanında isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1983-cü il noyabr ayında fəaliyyətə başlayıb. Ağdam Çörək Muzeyində toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına dair çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər də olub. Muzey eksponatlarının ən qədimi – eramızdan əvvəl VII minilliyə aid olan daşlaşmış buğda dənələri idi. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Ağdam rayonunun işğala məru z qalan ərazilərində 107 kitabxana filialını özündə birləşdirən Rayon Mərkəzi kitabxanası və 67 kitabxana filialı tamamilə məhv edilib, digər 40 kitabxana filialının yerləşdiyi binalar, fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşüb.

Ağdam Dövlət Dram Teatrında ilk tamaşa 1923-cü ildə səhnələşdirib. 1950-ci ildə bağlanan teatr 1968-ci ildə yenidən fəaliyyətini bərpa edib. Ağdam rayonu üzrə 11 uşaq musiqi məktəbi fəaliyyət göstərib. Ağdam rayon Mədəniyyət Mərkəzinə işğala qədər 23 mədəniyyət evi və 51 klub daxil olub.

Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Coğrafi mövqeyi yaşayış və təsərrüfat üçün əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir.

Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Qarqarçay - Xocalı şəhəri, Ağdam və Ağcabədi rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. İllik axımın 27%-i qar, 45%-i yağış, 28%-i isə yeraltı sular hesabına əmələ gəlir.

Xaçınçay - Kəlbəcər, Ağdam Ağdərə və Bərdə rayonlarının ərazisindən axaraq Kür çayına tökülür. Qar, yağış, və yeraltı sular hesabına qidalanır. Xaçınçay üzərində ümumi tutumu 23 mln.m3 olan su anbarı tikilmişdi.

Ağdamda 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Burada Qarqarçay şirin su yataqları, Gülablı üzlük daşı, Boyəhmədli sement xammalı yatağı, Çəmənli gil, Qarqarçay və Xaçınçay qum-çınqıl yataqları böyük əhəmiyyət daşıyırdı.
S/sYataqların adıYatağın növüTəsdiq edilmiş ehtiyatı
1Gülablıüzlük daşı3999 min m3
2Şahbulaqsement xammalı64767 min m3
3Çobandağsement xammalı140464 min ton
19981 min ton
4Boyəhmədlisement xammalı44708 min ton
5Şahbulaq Isement xammalı25197 min ton
6Qarqarçay-Iqum-çınqıl17500 min m3
7Xaçınçayqum-çınqıl12099 min m3
8Qarqarçay-IIqum-çınqıl7289 min m3
9Ağdamgil1599 min m3
10Qarqarçay dərəsişirin su39.3 min m3/gün
11Qarqarçay dərəsi (Ağdam)şirin su38.4 min m3/gün
12Şelliüzlük daşı3600 min m3
13Burundağüzlük daşı3700 min m3
14Çəmənli-Igil2208 min m3
15Çəmənli-IIgil2304 min m3
Rayonun meşə fondu 4743 hektardır, işğal dövründə onların xeyli hissəsi Ermənistan tərəfindən məhv edilib. Ağdamda 85 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınmışdı. Bunlardan 71 ədədi Boyəhmədli kəndində idi, hündürlüyü 25 metr, yaşı isə 440 il təşkil edirdi. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi.

Ağdam artıq işğaldan azad olunub, daha heç bir ağdamlı qaçqın deyil. Bu, Müzəffər Ali Baş Komandanın Azərbaycan dövləti və xalqına tarixə yazılan ən böyük xidmətlərindən biridir.
Şəffaflıq.az








шаблоны для dle 11.2


Facebook-da paylaş