Bərdə-Ağdam yolunun inşası zamanı minalar aşkarlanıb

"Mənfur düşmənin Ağdamda hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və Bərdə-Ağdam yolunun inşası zamanı tapılan minalar minatəmizləyən əməkdaşlarımızın misli görünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir".
Şəffaflıq.az xəbər verir ki, bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında bildirib.
O, daha sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) təşəkkür edib.

Mənfur düşmənin #Ağdam/da hiyləgərcəsinə bir-birinin üstündə basdırdığı və #BərdəAğdamYolu/nun inşası zamanı tapılan minalar #minatəmizləyən əməkdaşlarımızın misligörünməyən fədakarlığı nəticəsində təmizlənməkdədir! Təşəkkürlər, #ANAMA! Qürur duyuruq! Allah qorusun!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}