Türkiyədə çimərlikdə bir ailənin üç üzvünün meyiti tapılıb
Türkiyənin Kocaeli şəhərində yerləşən çimərlikdə üç nəfərin meyiti tapılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyiti sahildə aşkarlanıb. Şahidlər baş verənlərlə bağlı təcili xidmətlərə məlumat veriblər. Hadisə yerinə həkimlər, polis və sahil mühafizə qüvvələri göndərilib. Həlak olanların şəxsiyyəti müəyyənləşdirilib. Onların bacı və qardaş olduğu məlum olub: 17 yaşlı Məhəmməd Əli Sakər, 24 yaşlı Gülşah Sakər və 15 yaşlı Belinay Sakər. Daha əvvəl itkin düşmüş hesab olunan üçüncü bacı Bilgənur Sakər isə axtarış əməliyyatı nəticəsində sağ vəziyyətdə tapılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








