Dövlət Komissiyası: "İtkin düşmüş 15 nəfərin taleyinə aydınlıq gətirilib" - TAM SİYAHI
"Bu gün biz atılmış bütün addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu, dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu, başlanğıcdır. 15 nəfərdən ikisi artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək". Şəffaflıq.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib. Aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşları: hərbçi - 11 nəfər mülki - 4 nəfər dəfn edilmiş - 2 nəfər (1 hərbçi, 1 mülki). 1. İmişli rayonunun Şəmmədli kənd qəbiristanlığında məzardan ekshumasiya edilmiş meyit qalıqlarının 07.04.1971-ci ildə Yevlax rayonunun Aranlı qəsəbəsində anadan olmuş, 19.01.1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində itkin düşmüş İbrahimov Vəliyəddin Səhrab oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib. 2020-ci ilin yanvar ayında Yevlax şəhər qəbiristanlığında dəfn olunub.
2. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abdullayev Nurəli Hacıbaba oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
3. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 03.12.1971-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Qurbanov Nofəl Nəriman oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
4. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 07.04.1968-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Rüstəmov Araz Bağı oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
5. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlanından biri 25.02.1951-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Gülverdi Ağahüseyn oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
6. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 26.02.1961-ci ildə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Abbasov Məhərrəm Abbas oğluna (hərbi) qulluqçu) məxsus olduğu müəyyən edilib;
7. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 24.07.1966-cı ildə Xaçmaz rayonunun Kiçik Buraxum kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşmüş Niftəliyev Adil Kamal oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
8. Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 22.09.1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa Daşaltı kəndi ərazisində itkin düşmüş Mikayılov Baba Balakişi oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
9. Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində aşkar edilmiş meyit qalığının 01.06.1948- ci ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olmuş, 02.04.1993-cü ildə həmin ərazidə itkin düşmüş İsayeva Sənəm Həsən qızına (mülki şəxs) məxsus olduğu müəyyən edilib. Bu ilin aprel ayında Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunub.
10. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1952-ci ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Əzizov Yusif İsmayıl oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilib.
11. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1963-cü ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Musayev Mehman Camal oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilib.
12. Kəlbəcər rayonunun Yenikənd kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.06.1939-cu ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində itkin düşmüş Qarayev Qafar Qəmbər oğluna (mülki şəxs) məxsus olduğu müəyyən edilib.
13. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 01.07.1971-ci ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, 27.03.1993-cü ildə Füzuli rayonunun Cuvarlı kəndi ərazisində itkin düşmüş Allahverdiyev Şəmsəddin Əvəz oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib. Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcək.
14. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 13.08.1968-ci ildə Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olmuş, 06.08.1993-cü ildə Füzuli rayonunun Govşaltı kəndi ərazisində itkin düşmüş Hüseynov Əli Heydər oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib. Səhiyyə Nazirliyinin Məhkəmə- tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcək.
15. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş meyit qalıqlarından biri 09.09.1966-cı ildə Ağstafa rayonunun Eynallı kəndində anadan olub, 31.08.1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşmüş Məmmədov Əsəd Məmməd oğluna (hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib. Səhiyyə Nazirliyinin Məhkəmə- tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yaxın zamanda rəy veriləcək.
Facebook-da paylaş