Azərbaycanlı jurnalistlər "Sea Breeze Uzbekistan"ı ziyarət ediblər
Azərbaycanlı jurnalistlər Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində "Sea Breeze Uzbekistan"ın inşa olunduğu ərazini ziyarət ediblər. Şəffaflıq.az-ın verdiyi xəbərə görə, "Sea Breeze Uzbekistan" kurort və yaşayış kompleksi Daşkənddən təxminən 80 km məsafədə, Çarvak su anbarının sahilində inşa edilir. Jurnalistlərə əvvəlcə layihənin maketi və onun icrasının birinci mərhələsi təqdim olunub, bundan sonra onlar bilavasitə tikinti meydançası ilə tanış olublar. Layihə yaşayış və turizm infrastrukturunu özündə birləşdirən beynəlxalq kurortun yaradılmasını nəzərdə tutur. Kurort ilboyu fəaliyyət göstərəcək. "Sea Breeze Uzbekistan"ın baş planının ərazisi 527 hektar, sahil zolağının uzunluğu isə 7 km-dir. Layihənin 2025-2035-ci illərdə icrası nəzərdə tutulub. Birinci mərhələ 190 hektar sahəni əhatə edir. Artıq uzunluğu 2,3 km olan bulvarın inşası həyata keçirilir. Xəbər yenilənir
Facebook-da paylaş








