Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovla vida mərasimi keçirilib
Neftçala şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vaqif Məhərrəmovla vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Vaqif Mənsim oğlu Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. V.Məhərrəmov Neftçala şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.
Xəbəri paylaş
Facebook-da paylaş








