Əsas Səhifə > SİYASƏT > Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovla vida mərasimi keçirilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovla vida mərasimi keçirilibBu gün, 13:13 |
|
Neftçala şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vaqif Məhərrəmovla vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Vaqif Mənsim oğlu Məhərrəmov 1971-ci il iyulun 3-də Neftçala şəhərində anadan olub. 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. V.Məhərrəmov Neftçala şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək. Geri qayıt |