BMT-nin Cenevrədəki baş direktoru Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib


BMT-nin Cenevrədəki baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki yeni daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Valovaya "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul etmək mənim üçün böyük şərəfdir", - o qeyd edib.

Valovaya çoxtərəfli əməkdaşlığa dəstək məqsədilə birgə işin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}