Əsas Səhifə > SİYASƏT > BMT-nin Cenevrədəki baş direktoru Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib
BMT-nin Cenevrədəki baş direktoru Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edibBu gün, 15:16 |
|
BMT-nin Cenevrədəki baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki yeni daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Valovaya "X" sosial şəbəkəsində yazıb. "Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki daimi nümayəndəsi Rövşən Sadıqbəylinin etimadnaməsini qəbul etmək mənim üçün böyük şərəfdir", - o qeyd edib. Valovaya çoxtərəfli əməkdaşlığa dəstək məqsədilə birgə işin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb. Geri qayıt |